Belçika millisinin iki futbolçusu sıradan çıxıb.Sport1.az xəbər verir ki, Almaniyanın "Ayntraxt" komandasının müdafiəçisi Artur Teat və Fransanın "Lion" klubunun hücumçusu Malik Fofana UEFA Millətlər Liqasının pley-off mərhələsində Ukraynaya qarşı oyunlarda meydanda olmayacaqlar.
Hər iki oyunçunun səhhətində problem aşkarlanıb.
Qeyd edək ki, komandalar arasında ilk matç martın 20-də, cavab görüşü isə 23-də keçiriləcək.
Sport1.az