İspaniyanın "Barselona" komandası klubun yetirməsi olan Ansu Fatini satmaq niyyətindədir. Sport1.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, ispaniyalı oyunçu yanvar ayında dörddən çox təklifi rədd edib. Yalnız Kataloniya təmsilçisi 22 yaşlı vingerin gedişini nəzərdən keçirməyə hazırdır. Kollektivə yeni cinah futbolçusunun qoşulması da gündəmdədir.
Qeyd edək ki, Ansu Fati 2020-ci ildən əsas komandadadır. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Sport1.az