"Barselona" 3 həftə Dani Olmonun xidmətindən istifadə edə bilməyəcək.
Sport1.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Dünən "Osasuna" ilə görüşün əvvəlində sıradan çıxan Dani 28-ci dəqiqədə əvəzlənib. Klubun açıqlamasında keçirilən testlərdən sonra Daninin sağ ayağındakı əzələlərin zədələndiyini və bərpa üçün 3 həftə lazım olduğu bildirilib.
Sport1.az