Kataloniya Məhkəməsinin Cinayət Palatası əvvəllər cinsi zorakılığa görə məhkum olunmuş braziliyalı keçmiş futbolçu Dani Alveşin hökmünün qüvvədə qalmaması barədə qərar çıxarıb .
Spor1.az xəbər verir ki, üç qadın və bir kişidən ibarət tribunal müəyyən edib ki, iddiaçının (gənc qadın) ifadəsi Alveşin təqsirini sübut etmək üçün yetərli deyil və “bu halda təqsirsizlik prezumpsiyası hüququ üstünlük təşkil edir”.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Barselona prokurorluğu təqsirləndirilən şəxsə 9 il həbs cəzası istəyib
Sport1.az