Futbol / Çempionlar Liqası
17:07
12.03.2025
75
Simone İnzaqi İtaliyanın "İnter" komandasında baş məşqçi kimi 200-cü oyununa çıxıb.
Sport1.az xəbər verir ki, yubiley “Feyenoord”a qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa təsadüf edib.
28 yaşlı mütəxəssis 1929/1930 mövsümündən sonra bu göstəriciyə çatan 5-ci çalışdırıcıdır.
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayından "İnter"də işləyir. Onun müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir.
Sport1.az