Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, toplantıda AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Qeyd edək ki, mütəxəssis Premyer Liqada çıxış edən "Şamaxı"nı çalışdırır.
Sport1.az