21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov AFFA.az saytına açıqlamasında təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. Sport1.az xəbər verir ki, mütəxəssis məsuliyyətli işi ona etibar etdikləri üçün milli assosiasiyanın rəhbərliyinə təşəkkür edib.
"Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Sport1.az