Çempionlar Liqası / Futbol
14:49
12.03.2025
161
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma karyerası ərzində keçirdiyi yeddi penaltilər seriyasının altısından qalib ayrılıb.
Sport1.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi Statistikaları Federasiyası məlumat yayıb.
Bunlara klub və milli komandalardakı matçlar daxildir. İtaliyalı qolkiperin yeganə məğlubiyyəti Paris təmsilçisinin heyətində Fransa Kubokunun 1/8 finalında "Nitsa" ilə oyunda olub.
Qeyd edək ki, PSJ ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərədə "Liverpul"u penaltilər seriyası ilə üstələyib.
Sport1.az