Millimizin kapitanı Ayşən Abduləzimova Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib. Sport1.az xəbər verir ki, idmançı "Vaşaş"ın heyətində Macarıstan Kubokunun qalibi olması haqda danışıb:
“Təbriklər üçün hər kəsə təşəkkür edirəm. Mən 5-ci dəfə Macarıstan kubokunun qalibi oldum. Buna görə çox sevincliyəm. Final oyunu gərgin alındı, buna baxmayaraq, 3:1 qalib gəldik. Komandamızı təbrik edirəm.
Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir. Hazırda bütün fikirlərimiz avrokubokdadır. Bilirsiniz ki, sabah çox vacib oyunumuz olacaq. CEV kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.
Sport1.az