12:35 8.03.2025 63

AVF prezidenti yığma komandalarımızla görüşdü

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığma komandalarımızla görüşüb.

Sport1.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyadında təşkil olunan görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak ediblər.

Çıxış edən Bağırov ilk olaraq qızlardan ibarət yığmamızın oyunçularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var.

AVF prezidenti vurğulayıb ki, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyəti də məhz qadın voleybolçularımızın adı ilə bağlıdır. AVF rəhbəri, həmçinin qadınlardan ibarət əsas millimizin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçularımızı və federasiyanın xanım əməkdaşlarını 8 mart münasibətilə təbrik edib.

Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan Şahin Bağırov belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. O, ölkəmizdə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandamızın yarışda uğurlu çıxış edəcəyinə inamını ifadə edib.

Daha sonra komandaların hazırlıq prosesi ilə tanış olan AVF prezidenti hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalarımıza uğurlar arzulayıb.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:39

"Qarabağ" Azərbaycanda dominatlıq edən klubdur" - Vasiliy Berezutski

22:14

"İnqilab Məmmədov illərin təcrübəsini göstərdi" - Qurban Qurbanov

21:00

Azərbaycan Kubokunun qalibi “Sabah” oldu - YENİLƏNİB

17:58

"Şamaxı"dan "Sabah"a qayıtdı

17:18

Almaniyanı İngiltərəyə dəyişə bilər

16:50

"Real" Trentə nə qədərə bonus ödəyib?

16:17

Türkiyə millisində baş məşqçi təyinatı

15:46

İstanbul klubları braziliyalı futbolçu ilə maraqlanır

15:15

"Mançester Yunayted"in futbolçuları narazıdır

15:14

Paytaxt klubundan iki transfer birdən!

14:56

Zaur Həşimov bu görüşü Berezutski üçün şans hesab edir - AÇIQLAMA

14:50

De Brüyne "Napoli" ilə nə vaxt müqavilə bağlayacaq?

14:41

Fərid Namazov "Qarabağ"ı favorit hesab edir - AÇIQLAMA

14:14

"Real"dan ayrılmaq istəyir

13:38

Niderlandlı futbolçunun taleyinə aydınlıq gəldi

13:03

"Milan"ın müdafiəçisi "Əl-Hilal"a keçə bilər

12:41

Bakıda festival keçiriləcək

12:19

"Neftçi" 7 futbolçu ilə vidalaşdı - RƏSMİ

12:19

Azərbaycan Kubokunun finalına nə qədər bilet satılıb? - AÇIQLAMA

12:15

Final döyüşü: "Qarabağ", yoxsa "Sabah" - AFİŞA

12:03

Məşhur futbolçu karyerasını bitirdi

11:30

Millimiz toplanışı başa vurdu

11:02

Günün oyunları bu kanallarda - TV AFİŞA

10:31

"Fənərbağça"dan iki legionerlə bağlı qərar

10:01

İtaliya klubunda üçillik müqavilə

09:29

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

23:56

Patrik Şik Türkiyə klubunun hədəfində

23:07

Ulduz futbolçu "Trabzonspor"a təklif olundu

22:52

"Beşiktaş"ın gənc ulduzu 3 klubun hədəfində

22:16

"Premyer Liqamızda sensasiya baş vermədi" - Ceyhun Sultanov

21:57

“Mançester Yunayted”in ulduzu komandadan ayrılır

21:16

"Qalatasaray"ın 20 milyonluq transfer hədəfi

20:55

"Çox istəyərdim ki, indiki futbolçularımız da bizim nəsil kimi döyüşsünlər” - Sabiq bombardir

20:24

“Liverpul”dan 130 milyon avroluq təklif

19:52

Niderland klubu "Fənərbağça"nın futbolçusu ilə maraqlanır

19:20

"Qubada futbol yaşamalı və daha iləri getməlidir" - Cavid İmamverdiyev

18:53

"Finalda "Qarabağ"ı üstələyərək mövsümü titulla bitirmək istəyirik" - "Sabah"ın üzvü

18:11

“Real Madrid” ulduz futbolçunu transfer etdi

17:39

Boksçularımızdan beş medal

17:17

Güləşçilərimiz toplanışda

17:00

Voleybolçularımız Gürcüstanda

16:38

Bu məsələni həll etmək üçün "Karvan"a 1 milyon lazımdır - AÇIQLAMA

16:33

"Fənərbağça" legioneri ilə vidalaşır

16:06

Azərbaycan çempionundan baş məşqçi ilə bağlı qərar

15:39

"Araz-Naxçıvan"da iki yeni müqavilə - RƏSMİ

15:15

Frank De Bleker: “Hazırkı hakimlər qrupuna inamım böyükdür”

14:51

İspaniya nəhəngi futbolçusuna qiymət qoydu

14:29

"Arsenal" futbolçusunu razı saldı

14:04

"Milan" yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:40

Argentinalı futbolçu İspaniya klubunda?

13:13

Günün oyunları bu kanallarda - TV AFİŞA

12:47

Türkiyəni İngiltərəyə dəyişəcək

12:21

"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı

12:14

“Neftçi” rəhbərliyindən Samir Abasova dəstək

11:54

“Qaçmaq mənə çətin gəldiyi üçün qapıçı olmağı seçdim”

11:28

"Araz-Naxçıvan"da növbəti müqavilə - RƏSMİ

11:11

Finalda 18 baş hakim

10:52

"Futbola qardaşım və oğlanlarla oynayaraq başlamışam" - MÜSAHİBƏ

10:34

“Qarabağ” – “Sabah”: 30-cu duel

10:10

London təmsilçisindən 30 milyon avroluq transfer

09:50

Millimiz Litva ilə üz-üzə - YENİLƏNİR

09:29

"Napoli"də Konte ilə bağlı qərar

09:24

Bu alman klubları Mahir Emreli uğrunda mübarizə aparır - İDDİA

09:01

"Real"dan ayrılmasının səbəbini açıqladı

23:58

Azərbaycan çempionuna mükafatlar təqdim edildi

23:11

“Mançester Yunayted”in ulduzu digər Premyer Liqa klubunun hədəfində

22:30

“Portu”da yeni müqavilə

21:52

Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ın heyəti ilə görüşdü

21:40

Millimiz Dünya Çempionatının yarımfinalında

20:30

Selçuk İnan bu klubu çalışdıracaq