Azərbaycan Basketbol Liqasında NTD "Naxçıvan"ı məğlub edib - 85:78.Sport1.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Tahir Baxşıyev görüşlə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:
“Liqanın liderlərindən biri ilə oynayırdıq. Ağır bir oyun gözləyirdik. Elə də oldu. Hücumda yenə yaxşı oynadıq, 80-dən çox xal topladıq. Ancaq müdafiədə heç də həmişə uğurlu oynamadıq. Üçüncü periodın ortasında zona müdafiəyə keçdik. Bu da öz nəticəsini verdi. Oyunçular daha yaxşı müdafiə olunmağa və bir-birlərini başa düşməyə başladılar. Mən həmçinin hesab edirəm ki, bu komandanın potensialı daha yüksəkdir. Mən uşaqları məşqlərdə görürəm və bilirəm ki, onlar daha yaxşı oynaya bilərlər. Buna görə əminəm ki, ən yaxşı oyunlarımız hələ qabaqdadır”.
Sport1.az