Avropa və dünya basketbolundakı ən son xəbərlərdən biri ABŞ-dan çatıb.Sport1.az-ın məlumatına görə, "Los-Anceles Leykers" klubu baş məşqçi Cey-Cey Redik ilə əməkdaşlığı davam etdirmək barədə qərar verib.
“Sarı-bənövşəyilər”in idarə heyəti bu addımı dünən rəsmi şəkildə açıqlayıb. Klubun prezidenti Rob Pelinka isə Redikin fəaliyyətini yüksək dəyərləndirib.
Təcrübəli mütəxəssis ötən mövsümdə komandaya 50–32 nəticəsi ilə Qərb Konfransında üçüncü pilləni qazandırmışdı.
Sport1.az