Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.
Sport1.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.
Məlumata görə, bu, qurumun ərizəsi əsasında baş verib.
Federasiya 2002-ci ildə yaradılıb. 2020-ci ilin avqust ayında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilib.
Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.
Sport1.az