Şirvan şəhərində futbol sevərləri və idman ictimaiyyəti üçün xüsusi bir gün yaşanıb.
[/b]
Sport1.az xəbər verir ki, "Şirvan" komandasının AFFA Region Liqasının final mərhələsinə yüksəlməsi münasibətilə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov klubun idarə heyəti və futbolçularını rəsmi olaraq qəbul etdi.
Tədbir zamanı çıxış edən İlqar Abbasov, komandanın göstərdiyi əzmkarlığı, meydandakı mübarizə ruhunu və şəhəri layiqincə təmsil etməsini yüksək qiymətləndirib.
O bildirib ki, “Şirvan FK-nın bu uğuru təkcə bir idman nəticəsi deyil, bu şəhərin ruhunun, birliyinin və potensialının göstəricisidir: "Siz gənclər bu qələbə ilə nəinki özünüzə, həm də bütün Şirvan ictimaiyyətinə böyük sevinc yaşatdınız.”
Görüş zamanı komandanın məşqçi heyəti və futbolçuları da söz alaraq, göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildirdilər. Onlar final mərhələsinə daha yüksək motivasiya ilə hazırlaşacaqlarını, Şirvan adını layiqincə təmsil edəcəklərini vurğulayıblar.
Görüşün sonunda Şirvan şəhər rəhbərliyi tərəfindən klub heyətinə xatirə hədiyyələri təqdim olunub. Bu jest, futbolçulara verilən dəyərin və gələcək uğurlar üçün dəstəyin simvolu kimi qarşılanıb.
Sport1.az