Çempionlar Liqası / Manşet
13:29
31.07.2025
79
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Şelburn"u məğlub etdi - 1:0.
Qarşılaşmadan sonra "köhlən atlar"ın üzvü Kadi Borqes oyun haqda fikirlərini
Sport1.az-a açıqladı:
"Bizim adımıza oyun yaxşı keçdi. 2 hücumçuyla qol vəziyyətlərindən yararlanmağa çalışdıq. Nəticə olaraq qalib gəldik və mərhələni adladıq. Klub olaraq böyük irəliləyiş qət etmişik və ümid edirəm belə də davam edəcək. Bunun üçün çox çalışırıq. Oyun çətin keçsə də, yaxşı hazırlaşmışdıq. Bizi nə gözlədiyini çox yaxşı bilirdik. Gözəl oyun oldu. Bu qarşılaşmada öyrəndiklərimizi yaddan çıxarmadan, irəlidəki turlarda bu günkü bilikləri istifadə etməliyik".
Kadi Çempionlar Liqasındakı hədəflərindən də danışdı:
"Bu haqda dəqiq bir söz demək düzgün olmaz. Addım-addım qabağa getdikcə nələr olacağını görəcəyik".
EMİN ZEYNALLI
Sport1.az