“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib. Türkiyə Super Liqasında mövsümə əla başlayan komanda “Bastiya”nın 19 yaşlı yarımmüdafiəçisini alıb.Sport1.az xəbər verir ki, Xrist İnao Oulay üçün Fransa klubuna 5,5 milyon avro ödənilib. Kot d ivuarlı oyunçu ilə 5 ilik müqavilə imzalanıb.
Oulay Liqa 2 klubuna ötən yay keçmişdi. O, daha öncə vətənində çıxış edib.
Sport1.az