"Napoli" heyətini gənc türkiyəli futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Neapol klubu Türkiyənin “Iğdırspor” formasını geyinən 18 yaşlı futbolçu Özdər Özcanla razılığa gəlib.
Məlumata görə, gənc oyunçu “Napoli”yə icarə əsasında keçəcək.
Xəbər məşhur jurnalist Matteo Moretto tərəfindən yayılıb.
Gənc futbolçunun yaxın günlərdə tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atması gözlənilir.
Sport1.az