"Atalanta" klubunun qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Qalatasaray" maraqlanır. 25 yaşlı italiyalı qapıçının hazırkı transfer dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, Karnesekki ötən mövsüm meydana çıxdığı 44 oyunda 18 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az