Fransalı yarımmüdafiəçi Super Liqada çıxış edə bilər.
Sport1.az xəbər verir ki, Almaniyanın "Ştutqart" klubunda forma geyinən Enzo Miyo "Qalatasaray"ın transfer siyahısındadır. 2028-ci ilə qədər müqaviləsi olan 23 yaşlı futbolçunun transfer dəyəri 35 milyon avro ilə qiymətləndirilir. O, ötən mövsüm 43 oyuna çıxaraq 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az