"Almeriya"nın müdafiəçisi Edqar Qonsalesin gələcək karyerası ilə bağlı yeni iddialar gündəmdədir.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə Xorvatiyanın "Hayduk Split" klubu maraqlanır. 28 yaşlı müdafiəçinin hazırda transfer dəyəri 2 milyon avrodur.
Qeyd edək ki, ispaniyalı ötən mövsüm meydana çıxdığı 45 oyunda 2 qolla yadda qalıb.
Sport1.az