"Renn" klubunun gənc futbolçusu Kazim Olaiqbenin komandadan ayrılacağı gözlənilir.
Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər müqaviləsi olan 22 yaşlı sol cinah oyunçusu ilə "Trabzonspor" maraqlanır. Belçikalı futbolçunun transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsüm 41 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az