Rusiyanın "Spartak" (Moskva) futbol klubunun təmsilçiləri "Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandeşin transferini bitirmək üçün İstanbula gəlib.
Sport1.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat verib.
Bundan əvvəl mətbuat yazırdı ki, Moskva və İstanbul klubları şifahi şəkildə razılıaşıblar.
Fernandeş "Beşiktaş"a 2022-ci ilin yayında keçib. Bu dövr ərzində portuqaliyalı yarımmüdafiəçi "qara qartal"ın heyətində 131 oyun (bütün turnirlərdə) keçirib, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.
Rusiya Premyer Liqasının ilk 2 turunun ardından "Spartak" aktivinə 3 xal yazdıraraq 10-cu yerdə qərarlaşıb.
Sport1.az