İngiltərənin "Tottenhem" klubunun futbolçusu Türkiyə komandalarının diqqət mərkəzindədir.Sport1.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" məlumat yayıb.
"Beşiktaş" və "Qalatasaray" 28 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
O, yayda azad agent statusu alacaq.
Qeyd edək ki, "Tottenhem" Serxio Reqilonu 2020-ci ilin sentyabr ayında "Real"dan transfer edib. İspaniya millisinin sabiq üzvü bu mövsüm London təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.
Sport1.az