“Liverpul”un qapıçısı mövsümün sonunda komandadan ayrıla bilər.Sport1.az xəbər verir ki, Kuivin Kelleher Giorgi Mamardaşvilinin gəlişindən sonra “qırmızılar”dan ayrılacaq. Bu barədə “Atletik” nəşri məlumat yayıb.
Təcrübəli qolkiperin yay “transfer pəncərəsi”ndə başqa kluba keçəcəyi gözlənilir.
Qeyd edək ki, 26 yaşlı “əlcək sahibi”nin 2026-cı ilin iyununa qədər müqaviləsi mövcuddur.
Sport1.az