Fransa millisinin hücumçusu Kilian Mbappe "Real"ın 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Sport1.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
"Bu, mənim üçün böyük şərəfdir. Gələndə komandaya, ölkəyə, yeni dilə və mədəniyyətə uyğunlaşmalı oldum. İndi özümü əla hiss edirəm və bu, meydanda özünü göstərir", - Mbappe deyib.
Tamamlanmış mövsümdə forvard "Real"ın heyətində bütün turnirlərdə 56 oyun keçirib və 43 qol vurub.
Sport1.az