UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sport1.az xəbər verir ki, bu ada İngiltərə "Arsenal"ının futbolçusu Deklan Rays layiq görülüb.
26 yaşlı yarımmüdafiəçi səsvermədə Alessandro Bastoni (“İnter”, İtaliya), Xviça Kvaratsxeliya (PSJ, Fransa) və Robert Levandovskini ("Barselona", İspaniya) qabaqlayıb.
Qeyd edək ki, Deklan Rays 1/4 final mərhələsinin "Real Madrid"lə (İspaniya) ilk oyununda (3:0) dubla imza atıb.
Sport1.az