"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilib.
Sport1.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu Premyer Liqanın 2024/2025 mövsümündə 37 matça çıxıb, 28 qol vurub və 18 məhsuldar ötürmə verib. O, "Liverpul"la Premyer Liqanın qalibi olub.
Misirli hücumçu 2017-ci ildən "mersisaydılar"ın heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 400 oyun keçirib, 244 qol vurub və 113 məhsuldar ötürmə verib. Salahın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Sport1.az