“Real”ın hücumçusu Kilian Mbappe 29 qolla İspaniya La Liqasında debüt mövsümündə ən çox qol vuran üçüncü futbolçudur.Sport1.az xəbər verir ki, onu yalnız iki oyunçu qabaqlayır.
Onlardan Ronaldo (“Barselona”) 1996-97 mövsümündə 34 qol, Romario (“Barselona”) isə 1993-94 mövsümündə 30 qol vurub. Fransalı futbolçu 1992–93 mövsümündə 29 dəfə fərqlənən Bebeto (“Deportivo”) ilə üçüncü yeri bölüşür.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 54 oyunda 40 qol vurub, 4 assist edib.
Sport1.az