İspaniya La Liqasının XXXV turu çərçivəsində “Atletiko” “Real Sosyedad”ı qəbul edib.Sport1.az xəbər verir ki, Madrid klubu rəqibinə dörd cavabsız qolla qalib gəlib - 4:0.
Aleksandr Şörlöt 7, 10, 11, 30 - cu dəqiqələrdə fərqlənməklə “poker” edib.
Qeyd edək ki, paytaxt təmsilçisi 70 xalla turnir cədvəlinin 3-cü pilləsində, “Real Sosyedad” isə 43 xalla 12-ci sırada qərarlaşıb.
Sport1.az