İspaniyanın "Barselona" klubu 2025-ci ildə məğlub olmayıb. Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisi meydana çıxdığı görüşlərdə 19 qələbə və 4 heç-heçə əldə edib.
Komanda son olaraq 2024-cü ilin dekabrında "Atletiko"ya yenilib - 1:2.
Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv ötən gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Dortmund "Borussiya"sını dörd cavabsız qolla üstələyib. Bu, "Barselona"nın cari mövsüm 21-ci böyükhesablı qalibiyyətidir.
Bundan əvvəl komandanın əldə etdiyi nəticələr: "Real" (4:0, 5:2), "Valensiya" (7:1, 5:0), "Sevilya" (5:1, 4:1), "Jirona" (4:1, 4:1), "Valyadolid" (7:0), "Vilyarreal" (5:1), "Yanq Boyz" (5:0), "Alaves" (3:0), "Bavariya" (4:1), "Srvena Zvezda" (5:2), "Brest" (3:0), "Malyorka" (5:1), "Barbastro" (4:0), "Betis" (5:1), "Real Sosyedad" (4:0) və "Osasuna" (3:0).
Qeyd edək ki, "Barsa" bu mövsümdə keçirdiyi 48 oyunda 145 qol vurub.
Sport1.az