"Sportinq"in hücumçusu Viktor Dyökereş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.Sport1.az xəbər verir ki, "Atletiko" da isveçli hücumçunu transfer etmək istəyən klubların siyahısına qoşulub.
Madrid təmsilçisi Dyökereş üçün Portuqaliya klubu ilə danışıqlara başlamağı planlaşdırır. "Atletiko" 26 yaşlı forvard üçün 110 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Viktor Dyökereş bu mövsüm "Sportinq"in heyətində keçirdiyi 48 oyunda 52 qol vurub, 12 qol ötürməsi edib.
Sport1.az