Sloveniyalı hücumçu Nik Preleç yayda klubunu dəyişə bilər.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər “Kalyari” ilə müqaviləsi olan futbolçuya İngiltərənin “Oksford Yunayted” klubu maraq göstərir. 24 yaşlı futbolçunun transfer dəyəri 1,5 milyon avrodur.
Qeyd edək ki, Preleç ötən mövsümü icarə əsasında “Avstriya Vena”da keçirib və 38 oyunda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az