“Bayer”dən ayrılmağa qərar verən isveçrəli seçimini edib.
Sport1.az xəbər verir ki, “Milan”la və bir sıra ərəb klubları ilə anlaşa bilməyən yarımmüdafiəçi “Sanderlend”lə ortaq məxrəcə gəlib. Cakanın meneceri Premyer Liqaya qayıdan komandanın təklifinin həyəcanverici olduğunu bildirib: “İndi iki klubun ortaq məxrəcə gələcəyinə ümid edirik”.
Xatırladaq ki, Caka Leverkuzenə köçənədək İngiltərədə “Arsenal” forması geyib.
Sport1.az