“Əl-Hilal”da baş məşqçi dəyişikliyi baş verə bilər.Sport1.az xəbər verir ki, bununla bağlı iclas keçirilib. Məlumatı Səudiyyə Ərəbistanının Eş-Şarku Avsat qəzeti yayıb.
İclasın müzakirə mövzusu Jorje Jesusun komandadakı fəaliyyəti olub.
Sözügedən mütəxəssisin postundan göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, “Əl-Hilal” hazırda 62 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Jesusun çalışdırdığı heyət lider “Əl-İttihad”dan 6 xal geridədir.
Sport1.az