Çexiya təmsilçisi "Viktoria Plzen"in yarımmüdafiəçisi Avropa bazarının diqqət mərkəzindədir.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Lion" maraqlanır. 24 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, çexiyalı oyunçu ötən mövsüm 54 oyunda 20 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az