Türkiyə I Liqasında çıxış edən "İstanbulspor"un üzvü Qaoussoyu Diarra karyerasını Fransada davam etdirə bilər.Sport1.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Nitsa" yaxından maraqlanır.
İstanbul təmsilçisi malili sol cinah vingeri üçün 7-10 milyon avro tələb edir.
Qeyd edək ki, Diarra ötən mövsüm 37 qarşılaşmada 16 qol vurub, 2 məhsuldar ötürmə edib.
Sport1.az