Xorvatiyalı müdafiəçi Martin Erliç yay transfer dönəmində yeni klubla anlaşa bilər.
Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər “Bolonya” ilə müqaviləsi olan futbolçu ilə “Hayduk Split” və “Mityulland” klubları maraqlanır. 27 yaşlı müdafiəçinin transfer dəyəri 4 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Erliç ötən mövsüm 11 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az