Hazırda azad agent statusunda olan Tayris Con-Culs karyerasını Xorvatiyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 24 yaşlı forvardla “Hayduk Split” yaxından maraqlanır. İngiltərəli hücumçunun transfer dəyəri 275 min avrodur. Maraq üçün bildirək ki, adıçəkilən futbolçu “Arsenal”ın yetirməsidir.
Qeyd edək ki, ötən mövsümü “Kroli Taun”da keçirən Tayris meydana çıxdığı 27 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az