"Milan"ın keçmiş hücumçusu Luka Yoviç yaxın zamanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Şarca" klubunun üzvü olacaq.
Sport1.az xəbər verir ki, bu barədə "UAE Sport News" məlumat yayıb.
Mənbə bildirib ki, BƏƏ klubu yaxın zamanda transferi tamamlayacaq.
27 yaşlı serb ildə təxminən 7 milyon avro qazanacaq.
İyun ayının sonunda Yoviç müqavilə müddətinin başa çatması ilə əlaqədar "Milan"ı tərk edib.
O, 2023-cü ildən "Milan"ın şərəfini qoruyub, 47 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha əvvəl isə hücumçu "Fiorentina", "Real" (Madrid), "Ayntraxt", "Benfika" və "Srvena Zvezda"da çıxış edib.
Sport1.az