Misli Premyer Liqasının VII turunda "Turan Tovuz" səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub etdi.Oyundan sonra qərb təmsilçisinin müdafiəçisi Xorze Silva görüş haqda fikirlərini
Sport1.az-a açıqladı:
"Çətin oyun keçdi. Güclü rəqibimiz var idi. Vacib olan 3 xal idi, onu da qazandıq. Bununla xoşbəxtik".29 yaşlı futbolçu matçdan öncə də favorit olduqlarını düşündüyünü söylədi:
"Bu qələbəni gözləyirdik. Hər bir oyuna qazanmaq üçün çıxırıq. Güclü rəqibimiz üzərində belə oyun göstərdiyimiz üçün sevinirik".Portuqaliyalı oyunçu bu mövsüm komanda hədəfini belə izah etdi:
"Hər oyun qələbəni hədəfləyirik. Mövsümün sonunda nəticəmiz ilə hara gəldiyimizi görəcəyik".MİKAYIL HACIYEV
Sport1.az