Keçmiş futbolçu 82 yaşında dünyasını dəyişib.Sport1.az xəbər verir ki, İngiltərə klubunun mətbuat xidməti “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cimmi Nikolsonun vəfat etdiyini açıqlayıb. O, oktyabrın 4-də 82 yaşında dünyasını dəyişib.
Klubun rəsmi açıqlamasında deyilir:
“82 yaşında dünyasını dəyişən keçmiş oyunçumuz Cimmi Nikolsonu xatırlayırıq. Ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk.”
“Mançester Yunayted” akademiyasının yetirməsi olan Nikolson 1960–1964-cü illərdə klubun əsas heyətində çıxış edib. O, “qırmızı şeytanlar”ın formasını 68 dəfə geyinib və 6 qol vurub. Futbolçu karyerasının böyük hissəsini “Haddersfild Taun” klubunda keçirib, həmçinin Şimali İrlandiya millisində də oynayıb.
Sport1.az