Beynəlxalq Futbol Federasiyası (FIFA) yerli liqa oyunlarının xaricdə keçirilməsini qadağan etməyə çalışacaq.Sport1.az xəbər verir ki, nəşrin məlumatına görə, İspaniya çempionatının 17-ci turunun “Vilyarreal” – “Barselona” matçının Florida ştatının Mayami şəhərindəki “Hard Rock” stadionuna, A Seriyasının 24-cü turunun “Milan” – “Komo” matçının isə Avstraliyaya köçürülməsi FİFA rəhbərliyini qıcıqlandırıb. FİFA indi digər ölkələrdə daxili liqa oyunlarını tamamilə qadağan etməyi qarşısına məqsəd qoyaraq qaydalarını sərtləşdirməyə çalışır. Rəsmilər gələn ilin əvvəlində yeni tənzimləyici qanunvericiliyi təqdim etməyə hazırlaşırlar.
Sport1.az