DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.Sport1.az UEFA-nı saytına istinadən xəbər verir ki, görüşü avstriyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Sebastyan Qisxamer olacaq. Ona Yorqen Roland Riedel və Santino Şrayner kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Sport1.az