Dünən baş tutan Türkiyə - Bolqarıstan (6:1) görüşü Hakan Çalhanoğlu üçün əlamətdar görüş olub.Sport1.az xəbər verir ki, 31 yaşlı futbolçu milli ilə 100-cü oyununa çıxdı.
"İnter"in yarımmüdafiəçisi bu qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qaldı.
Qeyd edək ki, Hakan 2013-cü ildən Türkiyə millisinin şərəfini qoruyur.
Sport1.az