“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər.Sport1.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçunun xidmətində “Bavariya” maraqlıdır.
Xəbərdə bildirilib ki, Münhen təmsilçisi Fernandeş üçün yaxın günlərdə rəsmi təklif göndərəcək.
İngiltərə klubu isə futbolçu üçün 46 milyon avro tələb edir.
Qeyd edək ki, Fernandeşin klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə 8 oyunda iştirak edib, 2 qol vurub.
Sport1.az