“Bavariya” hücuma meyilli yarımmüdafiəçi Bruno Fernandes üçün “Mançester Yunayted”ə təklif göndərə bilər.Sport1.az xəbər verir ki, mənbənin məlumatına görə, “Qırmızı şeytanlar” 31 yaşlı futbolçunu 40 milyon funt-sterlinq (46 milyon avro) dəyərində qiymətləndirir.
Portuqaliyalı yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı klublarına keçməkdə çox da maraqlı olmadığı vurğulanır.
Fernandes bu mövsüm bütün turnirlərdə səkkiz matçda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.
Sport1.az