“Komo” klubunun prezidenti Mirvan Suvarso komandanın baş məşqçisi Sesk Fabreqasın gələcək perspektivlərindən danışıb.Sport1.az xəbər verir ki, Suvarso “Sportitalia”ya açıqlamasında bunları deyib:
“Bizim varislik planımız olmalıdır — təkcə məşqçi üçün deyil, hər bir menecer üçün. Mənim əvəzlənməyə artıq namizədim var. Biz hamımız çalışırıq və baş menecerdən tutmuş bütün səviyyəli heyətə kimi yerimizi tuta biləcək insanları yetişdiririk. Bu, əlbəttə ki, çox vacibdir. Sesk sadəcə məşqçi deyil, o, səhmdardır və onun futbolunu formalaşdıran adamdır, buna görə də klubun fiziologiyasını formalaşdıran şəxsdir. Əgər o, getməyə qərar verərsə, onun yerinə keçəcək şəxsi seçməyə kömək edəcək”.
38 yaşlı mütəxəssis İtaliyadakı uğurlu fəaliyyətindən sonra bir sıra top-klubların maraq dairəsinə düşüb. İspaniyalı məşqçi ötən yayın əvvəlində “İnter”də Simone İnzaqini əvəzləmək imkanı olsa da, “Komo”da qalmaq qərarına gəlib. Gələcəkdə Fabreqasın böyük klublardan daha çox təklif alacağı gözlənilir.
Sport1.az