"Qalatasaray" qış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək niyyətindədir.Sport1.az xəbər verir ki, "sarı-qırmızılar" "Qaziantep"in 21 yaşlı yarımmüdafiəçisi Kaçper Kozlovski ilə maraqlanır.
Qabriel Sara ilə yolları ayırmaq istəyən İstanbul təmsilçisi bu boşluğu polşalı futbolçu ilə doldurmağı planlaşdırır.
Qeyd edək ki, Kaçper bu mövsüm Super Liqada çıxdığı 8 matçda 2 qolla yadda qalıb.
Sport1.az