Misli Premyer Liqasının V turunda “Sabah” “Turan Tovuz”la qarşılaşdı.“Bank Respublika Arena”da baş tutan qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazandı.
Oyundan sonra qəsəbə təmsilçisinin kapitanı Pavol Şafranko görüş haqda fikirlərini
Sport1.az-a açıqladı:
“Turan Tovuz” həmişə bizə çətin rəqib olub. Güclü kollektivləri var. Oyuna daha yaxşı hazırlaşmışdıq. Düzünü desəm, meydanda komandamızın enerjisini daha çox bəyəndim. Məncə, bunu sona qədər saxladığımız üçün qələbə qazana bildik. Bu, işin sirridir".MİKAYIL HACIYEV
Sport1.az