“Liverpul” “Bavariya”nın müdafiəçisi Dayot Upamekano ilə maraqlanır. İngiltərə klubu fransalı futbolçu Münhen təmsilçisi ilə müqaviləsini uzatmadığı təqdirdə, yanvarın transfer pəncərəsində onun üçün rəsmi təklif göndərməyi planlaşdırır.Sport1.az xəbər verir ki, 26 yaşlı futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Müqavilənin bitməsinə 6 ay qaldıqda digər komandalar Upamekano ilə danışıqlara başlaya biləcəklər.
Mənbələrin məlumatına görə, “Real" da müdafiəçinin transferi uğrunda “Liverpul”la rəqabət aparmağa hazırlaşır.
Upamekano “Bavariya”da ildə 10 milyon avro maaş alır. O, bu mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Sport1.az